Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi RƏSM
Prezident İlham Əliyevin 8 yaşında çəkdiyi rəsm yenidən sosial şəbəkələrdə gündəm olub.
Az24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bir neçə il əvvəl AzPost hərbi mövzuda çəkilmiş rəsmin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Semyon Sviqunun həyat yoldaşı Rozalina Sviquna hədiyyə edildiyini yazıbmış.
Həmin şəkildə qırmızı mürəkkəblə “Əziz və çox qiymətli Roza xalaya İlhamdan. 1969-cu il” sözləri qeyd edilib.
Bildirilib ki, rəsm barədə illər sonra general Sviqunun nəvəsi Violetta Niçkova paylaşım edib. V.Niçkova nənəsinin Bakıda keçirdikləri illərlə bağlı generaltsvigun.ru saytında yayımlanan xatirələrində Əliyevlər ailəsi ilə dostluq münasibətlərindən bəhs edib.
O qeyd edib ki, ailəsi Heydər Əliyevin həmin illərdə göndərdiyi təbrik məktublarını qoruyub saxlayıb: “Ailə arxivimizdə Əliyevlərin babama yazdıqları məktublar, teleqramlar bu gün də qalıb. Nənəmin Bakıda yaşadığı illərdə yazdığı gündəlikdə həmin dostluq münasibətləri barədə çoxlu maraqlı xatirələr var. Onlardan biri Heydər Əliyevin oğlu, 8 yaşlı İlhamın Sviqunlar ailəsinə göndərdiyi şəkildir”.

Reklam
Oxşar xəbərlər
Alen Simonyan Bakıdan dəvət gözləyir
Yaxın zamanda Zəngəzur dəhlizinin tikintisinə başlanılacaq – Nazir
Nazirlikdə yeni təyinat – FOTO
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı
Prezident ərzaq təminatı ilə bağlı VACİB FƏRMAN imzaladı
Türkiyə və Belarus sülh danışıqlarında vasitəçi ola bilər – Lavrov
Ukrayna və ABŞ Trampın sülh planı ilə bağlı RAZILIĞA GƏLDİ
Azərbaycan bu ölkələrlə vizanı ləğv etdi – SİYAHI