“Zita və Gita”nın “Şaka”sı vəfat etdi
Hindistan kino sənətinin ən sevilən və nüfuzlu simalarından biri olan Dharmendra 89 yaşında dünyasını dəyişib.
Az24.az xəbər verir ki, əfsanəvi aktyor səhhətində yaranan problemlər səbəbindən ölümündən bir neçə gün əvvəl Mumbaydakı xəstəxanaya yerləşdirilmiş və orada müalicə alırmış.
Dharmendra uzun və parlaq karyerası ərzində yüzlərlə filmdə rol alaraq dünya kino tarixində özünəməxsus iz qoyub. Azərbaycan tamaşaçıları onu xüsusilə “Zita və Gita”, eləcə də “Əlibaba və qırx quldur” filmlərindəki obrazları ilə tanıyırlar. Bu rollar ona Hindistandan kənarda da böyük populyarlıq qazandırmışdı.
Bollywood ulduzu Hema Malininin həyat yoldaşı olan Dharmendranın vəfatı həm Hindistan kino ictimaiyyəti, həm də dünya kinosevərləri arasında böyük kədər yaradıb.


Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir