Rayonlarda hotellərin “Yeni il” qiymətləri – SİYAHI
Yeni ilin gəlişinə cəmi bir aydan bir qədər çox vaxt qalması turizm sektorunda hərəkətliliyi artırıb.
Ölkədən kənara səyahət edənlər olsa da, əksər vətəndaşlar bayramı Azərbaycanın regionlarında yerləşən hotellərdə qeyd etməyi planlaşdırır. Bunun fonunda istirahət mərkəzləri Yeni il paketlərini açıqlamağa başlayıb.
Az24.az xəbər verir ki, Kredit.az-ın apardığı kiçik araşdırma göstərib ki, ötən illə müqayisədə qiymətlərdə müəyyən artım müşahidə olunur. Təklif edilən Yeni il paketləri 31 dekabr 2025 – 2 yanvar 2026 tarixlərini, yəni 2 gecə, 3 günlük istirahəti əhatə edir. Paketlər 2 nəfərlik nəzərdə tutulub və onların tərkibinə oteldə yerləşmə, qidalanma, hovuz, sauna və hamam xidmətləri, canlı musiqi və müxtəlif əyləncə proqramları kimi xidmətlər daxildir.
Həmin araşdırmanı təqdim edirik:
Shamaxi Palace Sharadil – 1980 manatdan başlayır
Shabran Wellbeing Resort – 1650 manatdan başlayır
Basqal Resort & Spa – 1660 manatdan başlayır
Qafqaz Riverside Hotel – 1595 manatdan başlayır
Lankaran Spring Wellness Resort – 1500 manatdan başlayır
Marxal Resort & Spa – 1420 manatdan başlayır
Qəbələ Karvansaray Hotel – 1390 manatdan başlayır
Laçın Resort SPA – 1240 manatdan başlayır
Shusha Hotel – 950 manatdan başlayır
Yeni ilə sayılı günlər qaldığını nəzərə alsaq, hotellərin doluluq səviyyəsinin yaxın günlərdə daha da artacağı gözlənilir. Bu səbəbdən hazırda müxtəlif endirimlər təklif edən hotellərdə yerləri öncədən rezervasiya etmək daha məqsədəuyğun olardı.
Reklam
Oxşar xəbərlər
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası
Bu xəstəxana yeni adla fəaliyyət göstərir