Dünya bu toydan danışır – 160 milyon dollar xərclənib – FOTOLAR
Hindistanın Udaypur şəhərində Netra Mantena və Vamsi Gadiraju üçün möhtəşəm toy mərasimi keçirilib.
Az24.az xəbər verir ki, dünyanın məşhur ulduzları Cennifer Lopez, Castin Biber və bir sıra Bollivud simaları toyda iştirak edib.
Toy ABŞ-da yaşayan milyarder ailəsinin qızı Netra Mantena üçün təşkil olunub. Onun nişanlısı Vamsi Gadiraju texnologiya sahəsində uğurlu sahibkardır. Mərasim bir neçə gün davam edəcək və Udaypurdakı lüks saraylarda keçirilir.
Jennifer Lopez toyda həm qonaq, həm də səhnə ifaçısı kimi iştirak edir. O, toy gecəsində xüsusi hazırlanmış iki fərqli obrazla çıxış edərək gecəyə rəng qatıb. Sosial mediada onun Hindistan tərzi geyimi və performansı böyük diqqət çəkib.
Toya təxminən 150-160 milyon dolları xərcləndiyi bildirilir.
Məlumatlara görə, Donald Trampın oğlu və sevgilisi da mərasimdə iştirak edib və sosial mediada rəqsləri paylaşılıb.
Bu toy, zənginlik və ulduzlarla dolu tədbirlərin Udaypurda necə keçirilə biləcəyini bir daha göstərdi.






Reklam
Oxşar xəbərlər
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”