Sosial şəbəkələrdə bunu edənlər 500 manat cərimələnəcək
İnternet üzərindən fahişəliyə açıq çağırışlar və ya bu fəaliyyətin kütləvi şəkildə nümayiş etdirilməsi inzibati xəta sayılacaq. Bu hallara görə 500 manat cərimə tətbiq ediləcək. Zərurət yaranarsa, əlavə inzibati tədbirlər də gündəmə gələ bilər.
Az24.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitəsinin birgə iclası zamanı müzakirə edilən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Nəzərdə tutulan dəyişikliklərə əsasən, internet informasiya ehtiyatından və ya informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmağa bağlı sövdələşməyə görə beş yüz manat məbləğində cərimə tətbiq olunacaq.
Qeyd edək ki, hazırda bu qanunda sadəcə fahişəliklə məşğul olmağa görə beş yüz manat cərimə nəzərdə tutulub.
Reklam
Oxşar xəbərlər
ATV-yə BU KADRLARA görə xəbərdarlıq edildi – VİDEO
Penitensiar Xidmətin şöbə rəisi işdən qovuldu
ATV-yə XƏBƏRDARLIQ EDİLDİ
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?