Tanınmış müğənni illər sonra efirdə – Sənətdən niyə uzaqlaşıb?
Uzun illərdir efirlərdən uzaq düşən müğənni Yaqut Babayeva səhhətindən və sənətdən uzaqlaşmasının səbəblərindən danışıb.
Az24.az milli.az-a istinaən xəbər verir ki, sənətçi “Günə Uğurla” verilişinin qonağı olaraq illər sonra efirə çıxıb.
Yaqut Babayeva bildirib ki, artıq fəaliyyətini əsasən kənardan izləyir və bunu təqaüdə çıxması ilə əlaqələndirir:
“37 il oxudum, bəs deyil? Nəvələrimlə məşğul oldum. Mədəniyyət evində çalışırdım, yaşım 65 olduqdan sonra yollarımızı ayırdıq”, – deyə müğənni söyləyib.
Sənətçi həmçinin səhhətində yaranan problemlərə görə əməliyyat keçirdiyini deyib:
“Bu yaxınlarda öd kisəmdən əməliyyat oldum. Özümü yaxşı hiss edirəm”.
Yaqut Babayeva həmçinin efirdə Əməkdar artistlərin biri ilə arasında inciklik yarandığını, buna isə tanınmış aparıcılardan birinin səbəb olduğunu bildirib.
Reklam
Oxşar xəbərlər
Serenay Sarıkaya tanınmış müğənninin istəyinə biganə qalmadı – FOTO
10 min versələr də, efirdə fırt-fırt xəngəl yemərəm – Nazilədən Aşıq Telliyə ATMACA
“Taşacak Bu Deniz”in ulduzlarına “O Səs Türkiyə”dən TƏKLİF
“Bahar”ın yayım günü dəyişdi
Həbsdən çıxan Rəqsanədən ilk açıqlama – VİDEO