Bu ərazidə yeni svetoforlar quraşdırıldı
Paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Məhəmməd Hüseyn Şəhriyar küçəsinin kəsişməsində sürücülərin daha rahat hərəkət etməsi və piyadaların təhlükəsiz keçidinin təmin edilməsi məqsədilə yeni svetoforlar quraşdırılıb.
Bu barədə Az24.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd edilib ki, sözügedən ərazidə 6 “L” və “A” tipli dirəklərdən istifadə edilməklə 13 nəqliyyat və piyada svetoforları quraşdırılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.
Bununla da Məhəmməd Hüseyn Şəhriyar küçəsindən Mətbuat prospektinə daxilolma artıq nizamlayıcı ilə tənzimlənir.
“Piyadalar isə yolun qarşı tərəfinə piyada svetoforunun yaşıl işığı yandıqda daha təhlükəsiz şəkildə keçə bilirlər”, – məlumatda vurğulanıb.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası