Tapdığı məhsul fikri ilə bir həftədə milyoner oldu

Tapdığı məhsul fikri ilə bir həftədə milyoner oldu

Dünya 23.11.2025 21:26 19

Finlandiyada 23 yaşlı gənc sahibkar Emiliya Karttunen hazırladığı “pizza maffin” məhsulu ilə qısa müddətdə böyük uğur qazanıb.

AZ24.az xəbər verir ki, gənc girişimçinin ötən il qurduğu şəxsi işi cəmi bir-neçə həftədə 1 milyon avronu aşan dövriyyəyə çatıb.

Məlumata görə, Emiliyanın hazırladığı məhsul “S-Qrup” tərəfindən təşkil edilən resept yarışmasının qalibi olduqdan sonra ölkə üzrə sürətlə tanınıb. Qalibiyyət ona məhsulu birbaşa Finlandiyanın iri pərakəndə şəbəkəsinin — “S-Qrup”un dondurulmuş məhsullar bölməsində satışa çıxarma imkanı verib.

Karttunen yarışmadan sonra 6 aylıq məhsul inkişaf proqramında iştirak edərək peşəkar məhsul idarəçiliyi sahəsində təcrübə qazanıb. Şirkətin ərzaq üzrə direktoru Antti Oksa “pizza maffin”lərin gözləniləndən daha qısa zamanda istehlakçılar tərəfindən qəbul olunduğunu bildirib.

Hazırda Emiliya Karttunen yeni dadlar üzərində işləyir və məhsul çeşidini genişləndirməyə hazırlaşır. O, Finlandiyada dondurulmuş pizzaların ən çox alındığı dekabr ayında satışların yenidən pik həddə çatacağını gözləyir.

Reklam