Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib – YENİLƏNİB
Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
AZ24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
***
Hazırda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə “AZ24.az”a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası