Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcək

Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edəcək

Dünya 23.11.2025 16:24 8

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 24-də, bazar ertəsi Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı həyata keçirəcək.

Az24.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Ərdoğan bu barədə Cənubi Afrika Respublikasında keçirilən G20 sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında danışıb.

“Sabah cənab Putinlə telefon bağlantımız olacaq”, – Türkiyə lideri bildirib.

Prezident əlavə edib ki, Rusiya–Ukrayna müharibəsi də müzakirələrin əsas mövzularından biri olacaq. Ərdoğanın sözlərinə görə, Türkiyə bölgədə sülhün bərpası üçün səylərini davam etdirəcək:

“Burada keçirdiyimiz ikitərəfli görüşlərdə Rusiya–Ukrayna münaqişəsini də müzakirə etdik. Türkiyə olaraq sülh üçün əlimizdən gələni edəcəyik və ümid edirik ki, buna nail olacağıq”

Reklam