Başım şuruplarla dolu idi – Müğənni keçirdiyi əməliyyatdan danışdı

Başım şuruplarla dolu idi – Müğənni keçirdiyi əməliyyatdan danışdı

Şou 23.11.2025 15:52 9

Əməliyyatla xeyli gəncləşən müğənni Sevda Kazımova həmin prosesin təfərrüatlarından danışıb.

Az24.az xəbər verir ki, müğənninin danışığı eşidənləri təəccübləndirib.

Müğənni bildirib ki, üzgərmə əməliyyatı zamanı alnı, başı şuruplarla dolu olub:

“Əzələ dartırlmasında üzün dərisi açılır, sonra əzələ dartılır. Mən bilmədim bunu. Elə bildim üzüm dartılacaq. Əməliyyatdan sonra adam özünə oxşamır. Çox qorxulu görsənirsən. 4 aya sağalmalıydım, amma üzümdə süni gel olduğu üçün sağalmamı ləngitdi. 1 il 2 aydı, hələ tam bərpa olunmayıb. Şiş hələ də var”.

Müğənni deyib ki, indiki ağlı olsaydı bu əməliyyatı etdirməzdi.

Reklam