Afrika qitəsi sürətlə parçalanır – Yeri gözləyən fəlakət
“Daily Mail”də yayımlanan son elmi araşdırmaya görə, Afrika qitəsi gələcəkdə iki yerə bölünə və yeni bir okean formalaşa bilər.
Az24.az xəbər verir ki, İngiltərənin Southampton Universitetinin alimləri Efiopiyanın Afar bölgəsində yerin dərinliklərində “pulsasiya edən” mantiya hərəkəti aşkar ediblər. Bu proses qitə altındakı yer qabığını nazildir və tektonik plitələrin bir-birindən uzaqlaşmasına səbəb olur.
Mütəxəssislər bildirirlər ki, parçalanma milyonlarla il ərzində dərinləşəcək və nəticədə Afrika xəritəsi dəyişərək yeni okean hövzəsi yaranacaq. Alimlər həmçinin bölgədə zəlzələ və vulkan aktivliyinin artmasının mümkün olduğunu qeyd edirlər. Bu, qitənin tamamilə yeni coğrafi görünüş almasına səbəb olacaq.
Tədqiqatçılar bu geoloji prosesin artıq başladığını, lakin tam nəticənin təxminən 5–10 milyon il sonra görünəcəyini bildirirlər.
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir