Şahların, prezidentlərin toyunda oxumuşam, pulu çamadanla verirdilər – Əməkdar artist

Şahların, prezidentlərin toyunda oxumuşam, pulu çamadanla verirdilər – Əməkdar artist

Şou 23.11.2025 09:53 12

Əməkdar artist Bəsti Bəkirova “Öz aramızda” verilişində qonaq olaraq son zamanlar şou-biznesdə müşahidə edilən davranışları tənqid edib.

Az24.az xəbər verir ki, müğənni xüsusilə sosial şəbəkələrdə əllərində böyük məbləğdə pul nümayiş etdirib kamera qarşısında poz verən ifaçıların davranışını kəskin şəkildə qınayıb. Onun sözlərinə görə, bu cür görüntülər nə sənətə, nə də mədəniyyətə yaraşır:

“İndiki müğənnilər əllərində pulu göstərib kameraya poz verirlər. Onlara baxanda ürəyim bulanır, iyrənc görünürlər. Qeyri-etikdir, ayıbdır. Bu, mədəniyyətsizlikdir”.

Bəkirova öz sənət yolundan danışarkən bildirib ki, illər əvvəl ən yüksək səviyyəli məclislərdə çıxış etsələr də, qazandıqları pulla heç vaxt öyünməyiblər:

“Ən bahalı toylarda oxumuşuq. Mən şahların, ölkə prezidentlərinin məclislərini idarə etmişəm. Bizə o pulları çamadanla verirdilər, amma heç vaxt göstərməmişik”.

O həmçinin aparıcı Zaur Rzayevlə birlikdə Dağıstanın padşahının toyunda və padşahın qızının məclisində iştirak etdiklərini də açıqlayıb:

“Zaurla birgə Dağıstanın padşahının toyunu oxumuşuq. Qızının məclisini idarə etmişəm. Oğlu burada səfirlik nümayəndəsi idi”.

Bəkirovanın bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox izləyici sənətçinin mövqeyini dəstəkləyib və tənqidlərinin haqlı olduğunu yazıb.

Reklam