COP31 Antalyada keçiriləcək

COP31 Antalyada keçiriləcək

Dünya 23.11.2025 09:17 8

Türkiyə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) aid Tərəflər Konfransının 31-ci sessiyasına — COP31-ə ev sahibliyi etməyə hazırlaşır.

Az24.az xəbər verir ki, bütün tərəflər COP31-in gələn il Türkiyədə keçirilməsi barədə razılığa gəlib. Razılaşmaya əsasən, konfransa sədrlik Türkiyəyə, danışıqlara rəhbərlik isə Avstraliyaya həvalə olunacaq.

BMT-nin təşkilatçılığı ilə 2026-cı il üçün planlaşdırılan iqlim danışıqları qlobal iqlim gündəmini müəyyənləşdirəcək mühüm tədbirlərdən biri olacaq. Bu əhəmiyyətli toplantı Antalyada baş tutacaq.

Reklam