Günün qoroskopu: “Yeni yollar açılır”

Günün qoroskopu: “Yeni yollar açılır”

Qoroskop 23.11.2025 00:01 23

Bu gün ulduzlar bir az sakitlik, bir az da yenilik vəd edir. Kiminsə planı pozula bilər, kiminsə yolu açılar, kiminsə isə içi bir az yüngülləşər. Əsas odur ki, özünüzü çox sıxmadan günü axarına buraxın — bəzən ən yaxşısı hər şeyi sakitcə izləməkdir. Gəlin görək 23 noyabr hansı bürcə nə vəd edir.

Qoç

Bu gün başın bir az qarışıq ola bilər, işlər planladığın kimi getməyə bilər. Özünü çox sıxmağa ehtiyac yoxdur, sakit duranda hər şey yoluna düşəcək. Yeni fikirlər yaranır, amma tələsib qərar vermə.

Buğa

İşdə yeniliklər, yeniliklərə uyğun da məsuliyyətlər arta bilər. Həm də öz həyatında bir az dəyişiklik eləmək istəyəcəksən. Pul məsələlərində özünü yığcam aparsan daha yaxşı olar. Rahat nəfəs almağa vaxt ayır.

Əkizlər

Bu gün fikirlərin ora-bura gedə bilər, bir az qarışıqlıq hiss edəcəksən. Hər sözə reaksiya vermə, sakitliyini qorusan gün rahat keçəcək. Danışıqlardan və ünsiyyətdən xeyir görə bilərsən.

Xərçəng

Bu gün bir az yüngüllük istəyəcəksən. Özünü çox yormadan dinclik tapmağa çalış. Ev-ailə məsələlərində yumşaqlıq göstərsən münasibətlər daha rahat olacaq.

Şir

Enerjin yaxşıdır, yeni yerlər görmək və dəyişiklik etmək istəyəcəksən. Yaradıcı işlə məşğul olmaq əhval-ruhiyyəni qaldıracaq. Münasibətlərdə cəsarət göstərmək üçün pis gün deyil.

Qız

Bugün ünsiyyət çox olacaq, hər kəs səndən nəsə soruşa bilər. Fikirlərini paylaşmaq üçün əlverişli gündür. Gözlənilməz bir hadisə olsa belə, soyuqqanlı davransan üstünlük sənin olacaq.

Tərəzi

Sosial tərəfin güclənir, kimlə danışsan, razılaşmaq daha rahat olacaq. İçdən və səmimi olsan dəstək görəcəksən. Bu ünsiyyət işinə də, şəxsi həyatına da xeyir gətirə bilər.

Əqrəb

Bu gün bir az rahatlıq tapırsan, için sakit olur. Planlarını təzələmək və yenidən toparlanmaq üçün yaxşı vaxtdır. Köhnə məsələləri də tam qapamağa çalış.

Oxatan

Özünə inamın yüksəkdir, yeniliklərdən çəkinməyəcəksən. Bu gün arzuladığın addımları atmaq üçün fürsətlər çıxacaq. Cəsarətli olsan nəticə müsbət olacaq.

Oğlaq

Daha çox ailə və ev məsələləri ilə məşğul ola bilərsən. Köhnə problemlərlə barışmaq, keçmişi buraxmaq üçün uyğun gündür. Gözlənilməz olaylar olsa da, sakit davranışla hər şeyi yoluna qoyarsan.

Dolça

Ağıl da yerindədir, enerji də. Yeni ideyalara başlamaq üçün əlverişli gündür. Pul məsələlərində bir az diqqətli ol, amma ümumilikdə şans sənə tərəfdir.

Balıq

Bu gün köhnə üsullar işə yaramaya bilər, bir az fərqli yanaşsan xeyir görəcəksən. Duyğuların və sezgin güclüdür, sənə yol göstərəcək. Yaradıcılıq və mənəvi məşğuliyyətlər enerji verəcək.

Reklam