“WhatsApp”da mühüm yenilik: Tanımadığınız nömrələrin adı görünəcək
“WhatsApp” yaxın günlərdə istifadəçilər üçün yeni təhlükəsizlik funksiyasını istifadəyə verəcək.
AZ24.az xəbər verir ki, platforma artıq kontakt siyahısında olmayan nömrələrdən gələn mesaj və zənglərin ekranında həmin şəxsin “WhatsApp” hesabında qeyd etdiyi adı göstərəcək.
Yenilik əsasən tanımadığınız nömrələrdən gələn spam və fırıldaqçılıq zənglərinə qarşı əlavə müdafiə məqsədi daşıyır. Əvvəllər belə nömrələr yalnız rəqəm kimi görünürdü, indi isə istifadəçilər mesaj açmadan göndəricinin adını görə biləcəklər.
Funksiya həm Android, həm də iOS cihazlar üçün mərhələli şəkildə aktivləşdirilir. “WhatsApp” rəhbərliyi bildirir ki, bu yenilik istifadəçilərin şəxsi təhlükəsizliyini artırmaq və şübhəli zəngləri daha tez müəyyən etmək üçün tətbiq olunub.
Altay
Reklam
Oxşar xəbərlər
Süni intellekt xərçəng müalicəsində yeni dövr açır
“WhatsApp” statusunuz 24 saatdan daha çox görünəcək – Yeni funksiya
Bu proqramları yükləməyin – Mesajlarınız OXUNACAQ
“Whatsapp”dan daha bir YENİLİK
Dubayda hava taksisi ilk sınaq uçuşunu etdi
“WhatsApp”da çoxhesablılıq funksiyası əlavə olunur
“Cloudflare”dən açıqlama – Texniki nasazlığın səbəbi bilindi
ChatGPT-də qrup söhbətləri sınaqdan keçirilir