Türkiyənin iki şəhərində 54 şagird qidadan zəhərləndi

Türkiyənin iki şəhərində 54 şagird qidadan zəhərləndi

Dünya 22.11.2025 19:42 7

Türkiyənin iki şəhərində şagirdlər arasında qida zəhərlənməsi halları qeydə alınıb.

“AZ24” xəbər verir ki, ilk hadisə Kocaeli bölgəsinin Gəbzə rayonunda yerləşən bir liseydə baş verib. Məktəbin bufetindən alınan toyuq məhsullarını qəbul edən 14 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanəyə çatdırılıb.

İkinci fakt Rizə şəhərində qeydə alınıb. Rizə şəhərində tələbə yataqxanasında verilən südlü şirniyyatdan sonra 40 tələbə zəhərlənmə əlamətləri ilə tibbi yardım üçün müraciət edib.

Türkiyə rəsmiləri təhsil müəssisələrində qida təhlükəsizliyinə nəzarətin gücləndiriləcəyini bildiriblər.

Reklam