Ev təmizliyi ilə bağlı çoxlarının bilmədiyi sirlər

Ev təmizliyi ilə bağlı çoxlarının bilmədiyi sirlər

Maraqlı 22.11.2025 20:00 24

Evi təmiz saxlamaq hər kəsin gündəlik qayğılarından biridir. Amma maraqlısı budur ki, hamımız təmizləyirik, amma çoxumuz bəzən bunu düzgün etmirik. Mütəxəssislər deyir ki, bəzi sadə detallar həm təmizliyin keyfiyyətini artırır, həm də evdəki mikrobların qarşısını alır.

Az24.az ev təmizliyi haqqında çoxlarının bilmədiyi maraqlı faktları təqdim edir:

1. Ən çirkli yer… Zibil qabı və ayaqyolunun qapağı deyil!

Araşdırmalara görə, evdə ən çox mikrob yığan predmetlər bunlardır:

-Telefon

-Pult

-Qapı dəstəkləri

-Mətbəx süngərləri
Hər gün onlara toxunduğumuz halda təmizləməyi unudurq. Bir pultda 400-dən çox bakteriya növü ola bilər.

2. Süngəri bir fincan suya deyil – mikrodalğaya qoyun

Mətbəx süngəri bakteriya fabriki kimidir. Onu qaynar suda yumaq demək olar ki, heç bir təsir göstərmir.
Mütəxəssislər süngəri 1 dəqiqə mikrodalğada qızdırmağı ən effektiv üsullardan biri hesab edir. Bu, bakteriyaların 90%-ni öldürür.

3. Pəncərəni açmadan təmizlik – ən böyük səhvlərdən biridir

Kimyəvi təmizləyici maddələr evdə gizli zəhər toplaya bilir. Təmizlik zamanı hava dövranı olmadıqda:

-Baş ağrısı

-Təzyiq düşməsi

-Alrergik reaksiyalar kimi problemlər yarana bilər. Təmizliyə başlamazdan əvvəl ən az 10 dəqiqə pəncərələri açmaq vacibdir.

4. Divan və xalçalar evdə tozun yarısını yığır

Evin tozunun 50%-i əslind ölü dəri hüceyrələridir. Bəli, çoxumuz bilmirik. Bu tozlar ən çox xalça və yumşaq mebellərə toplanır.
Ayda bir dəfə buxarlı təmizləmə nəfəs almağı belə daha rahat edir.

5. Zibilyığan qoxuları aradan qaldıran üsul – limon qabığı

Təmizlik kimyəvi maddələrlə məhdudlaşmır.

Zibil qabında qalan pis qoxuları aradan qaldırmaq üçün altına limon və ya portağal qabığı qoymaq təbii və çox effektiv üsuldur.

6. Yataq dəstini 7–10 gündə bir dəyişmək lazımdır

Yataq çarşaflarında:

-Toz gənələri

-Dəri qalıqları

-Tərlə yaranan duzlar toplanır. Buna görə həftədə bir dəfə yataq dəsti dəyişmək həm sağlamlıq, həm də rahat yuxu üçün vacibdir.

7. Sürətli təmizlik üçün “5 dəqiqə qaydası”

Hər gün yalnız 5 dəqiqə:

  • Stol üstünü qaldırmaq

  • Divan yastıqlarını düzəltmək

  • Mətbəx masasını silmək evin həmişə səliqəli görünməsinə kömək edir.

Reklam