Ramiz Mehdiyevin səhhəti pisləşdi, təcili yardım çağırıldı
Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevlə bağlı yeni məlumatlar var.
Az24.az xəbər verir ki, Gununsesi.info-nun əldə etdiyi məlumata görə, dünən gecə saatlarında sabiq PA rəhbərinin səhhəti pisləşib və təcili tibbi yardım çağırılıb.
Amma dövlətin Təcili Tibbi Yardım Xidmətinə etibar etməyən Ramiz Mehdiyevin ailəsi özəl klinikaların birindən həkim briqadası çağırıb.
İlkin tibbi yardım göstəriləndən sonra Mehdiyevin səhhəti qaydasına düşüb.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ramiz Mehdiyev tənəffüs yollarındakı problemlərdən əziyyət çəkir.
Qeyd edək ki, Ramiz Mehdiyev DTX-nın İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunub.
Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Mehdiyev dövlət çevlişinə cəhd və hakimiyyəti zorla ələ keçirmə cinayətinə ittiham olunur.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası