Türkiydə kütləvi zəhərlənmə: 56 nəfər xəstəxanaya yerləşdirildi
Qaziantepdə Vilayət Miqrasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Repatriasiya Mərkəzində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Az24.az xəbər verir ki, axşam yeməyindən sonra mərkəzdə qalan 56 xarici vətəndaş ürəkbulanma və ishal şikayəti ilə səhiyyə qurumlarına müraciət edib.
Məlumata görə, zərərçəkənlər şəhərin müxtəlif xəstəxanalarına təcili tibbi yardım maşınları ilə aparılıb və təcili yardım şöbələrində müayinə olunublar. Həkimlərin ilkin diaqnozu onların qida zəhərlənməsi keçirdiyini təsdiqləyib.
Tibbi müdaxilədən sonra xəstələrin böyük hissəsi – 48 nəfər – sağalaraq ambulator müalicə üçün evə buraxılıb. Səkkiz nəfərin vəziyyətinin nəzarətdə saxlanıldığı, lakin ümumi durumlarının yaxşı olduğu bildirilib.
Qaziantep Valiliyi hadisə ilə bağlı araşdırma başlandığını açıqlayıb və qida nümunələrinin laborator analizə göndərildiyini vurğulayıb.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO