Arif Buzovnalı vəfat etdi – YENİLƏNDİ
Azərbaycan Yazıçılar birliyinin üzvü şair, qəzəlxan Arif Buzovnalı Buzovna qəbiristanlığında dəfn ediləcək.
Az24.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyindən məlumat verilib.
Bildirilib ki, şair ilə vida mərasimi onun evində keçiriləcək. Daha sonra – saat 16:00-da isə torpağa tapşırılacaq.
***
Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.
Az24.az xəbər verir ki, bu barədə APA-ya mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, şair bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979-89-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər – 1994-cü il 1 mayadək – Əzizbəyov adına könüllülər batalyonunda döyüşüb. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə “Azərbaycan Gəncləri” qəzetində işıq üzü görüb.
Reklam
Oxşar xəbərlər
Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu – VİDEO
Terrorçuluğun maliyyələşdirilməsinə görə üç nəfərə ağır cəza verildi
Bakıda fəvvarələr meydanında yanğın söndürüldü – YENİLƏNİB
Toy yasa döndü: Kişi oynadığı yerdə öldü
Bakıda toyda TƏHLÜKƏLİ ANLAR – Qonaqlar təxliyə olundu
Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı – ANBAAN VİDEO