Dünyanın ən sürətli avtomobili təqdim olundu – FOTO
Çinin BYD şirkətinə məxsus premium idman avtomobili markası “Yangwang” özünün xüsusi hazırlanmış yeni modeli – U9 Xtreme hiperkarını ictimaiyyətə təqdim edib.
Az24.az xəbər verir ki, yeni versiya sınaqlar zamanı göstərdiyi nəticələrlə avtomobil sənayesində böyük rezonans yaradıb.
Məlumata görə, U9 Xtreme Almaniyanın ATP Papenburg test mərkəzində keçirilən sınaqda saatda 496,22 km/s sürətə çataraq, elektrik hiperkarları arasında tarixi göstəriciyə imza atıb. Bununla model dünyanın ən sürətli elektrik avtomobillərindən biri kimi qeydiyyata düşüb.
Bundan əlavə, hiperkar məşhur Nürburqrinq trasında 20,8 km-lik dövrəni 6 dəqiqə 59,157 saniyəyə qət edərək rekord nəticə göstərib. Bu göstərici elektrik hiperkarların yol tutuşu və dinamikası baxımından yeni mərhələ sayılır.
U9 Xtreme-in özəllikləri:
-
1 200 voltluq yüksək gərginlik sistemi
-
Dörd elektrik mühərriki
-
Təkmilləşdirilmiş batareya və enerji idarəetmə sistemi
-
Aerodinamikası gücləndirilmiş xüsusi karbon korpus
-
Yalnız 30 ədəd istehsal ediləcək məhdud seriya
BYD-nin vitse-prezidenti Stella Li bildirib ki, bu model “Yangwang” brendinin texnoloji gücünün və “mümkünsüzü belə mümkün etmə” hədəfinin simvoludur.
Yeni hiperkarın satışa çıxacağı tarix və qiyməti hələ açıqlanmasa da, modelin bazara daxil olduqdan sonra superkar seqmentində ciddi rəqabət yaradacağı gözlənilir.


Reklam
Oxşar xəbərlər
Bu avtomobildən dünyada cəmi 7 ədəddir – Hərraca çıxarıldı
Hansı bürcə hansı avtomobil uyğundur?
Avtomobili mühərrik isinmədən sürmək olar?
Qış üçün avtomobilinizi hazırlayın – Praktik TÖVSİYƏLƏR
4 fəsil təkərlər qış üçün kifayət edirmi? – XƏBƏRDARLIQ
Avtomobil niyə tüstüləyir? – Mühərrikdən gələn GİZLİ MESAJLAR
Azərbaycanda 76 ilə nömrə nişanı kimlərə veriləcək? – RƏSMİ