Azərbaycanda tanınmış rəssam vəfat etdi – FOTO
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii keramika, şüşə və metal” kafedrasının müəllimi olmuş tanınmış rəssam Ədalət Məmmədov vəfat edib.
Az24.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.
Qeyd edək ki, Ədalət Məmmədov Bakı İncəsənət kollecində, daha sonra Kiyev və Lvov Akademiyalarında təhsil alıb, yağlı boya, keramika və heykəltəraşlıq sahələrində fəaliyyəti ilə seçilib. O, Pikasso və Matissin studiyalarında çalışma imkanı qazanıb, İ.F. Monastırskidən dərs alıb.
1988-ci ildən başlayaraq müxtəlif ölkələrdə fərdi və kollektiv sərgilərdə iştirak edib, əsərləri 1995-ci ildə Stokholmda keçirilən “Dünyanın ən görkəmli 200 rəssamının sərgisi”ndə yer alıb.
UNESCO Beynəlxalq Rəssamlar İttifaqının üzvü olan sənətkarın əsərləri dünyanın bir çox ölkəsinin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.

Reklam
Oxşar xəbərlər
Amerika filminin trilleri Nizami Gəncəvinin misraları ilə açılır
Nəriman Həsənzadədən ilə bağlı YENİ XƏBƏR
Nazir Xalq artistini belə təbrik etdi – FOTO
Leyla Əliyeva Məsud Pezeşkianın qızı ilə – FOTO
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi – VİDEO
Vüqar Əhməd VİDEOAÇIQLAMA YAYDI
“Uşaq Avroviziyası”nın qalibi Fransa oldu – VİDEO
Azərbaycan ilk dəfə Ermənistana xal verdi