Premyer Liqa: “Qarabağ” səfərdə “Sumqayıt”ı məğlub etdi

Premyer Liqa: “Qarabağ” səfərdə “Sumqayıt”ı məğlub etdi

İdman 21.11.2025 21:23 10

Azərbaycan Premyer Liqasının bu gün keçirilən qarşılaşmasında “Qarabağ” səfərdə “Sumqayıt” üzərində inamlı qələbə qazanıb.

AZ24.az xəbər verir ki, oyun 4:2 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.

Matçın əvvəlindən təşəbbüsü ələ alan “Qarabağ” Andrade və Toral Bayramovun qolları ilə üstünlüyü ələ alıb. “Sumqayıt” bir epizodda fərqlənsə də, ikinci hissədə Zubir və N.Simonun qolları qonaqların qələbəsini rəsmiləşdirib.

Bu nəticə “Qarabağ”ın turnir cədvəlində mövqelərini möhkəmləndirib.

Reklam