AFFA bu klubları cərimələdi
Misli Premyer Liqasında çıxış edən 5 klub cərimələnib.
Az24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
XI turun “Qəbələ” – “Sumqayıt” oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün “gənclik şəhəri” təmsilçisi 700 manat ziyana düşüb. “Zirə” isə “Turan Tovuz”la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.
“Turan Tovuz”un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.
“Kəpəz” – “Sabah” matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
11.01.2026
21:56
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
10.01.2026
20:53
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
09.01.2026
23:20
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
09.01.2026
21:18
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
09.01.2026
11:47
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi
08.01.2026
21:45
“Beşiktaş”dan ayrılan Mert Günok “Fənərbaxça” ilə razılaşdı
08.01.2026
20:29