“Whatsapp”dan daha bir YENİLİK

“Whatsapp”dan daha bir YENİLİK

Texnologiya 21.11.2025 15:55 10

“WhatsApp” tətbiqi “Məlumat” bölməsinin yenilənmiş versiyasını istifadəyə verib.

“AZ24” xəbər verir ki, yenilik artıq Android və iOS istifadəçilərinə mərhələli şəkildə göndərilməyə başlayıb.

Yenilənmiş versiyada “Məlumat” bölməsi daha görünən formada təqdim olunur və istifadəçi profillərində xüsusi vurğulanır. Bundan sonra istifadəçilər bu bölməyə qısa mətn, emoji və gündəlik status xarakterli məlumatlar əlavə edə biləcəklər.

Bundan başqa, WhatsApp yeni funksiyaya avtomatik silinmə imkanı da gətirib. İstifadəçilər “Məlumat” yazılarının 24 saat, 3 gün, 1 həftə və ya özəl müddət bitdikdən sonra avtomatik olaraq silinməsini seçə biləcəklər.

Məxfilik parametrləri də genişləndirilib. İstifadəçi “Məlumat” bölməsini kimin görə biləcəyini ayrıca tənzimləyə bilər.

Şirkət bildirib ki, bu yenilik “istifadəçilərin vəziyyət və məlumat paylaşımını daha sürətli və daha anlaşılan hala gətirməyi” hədəfləyir.

Reklam