Azərbaycanda 55 min nəfərin parolu ələ keçirilib – ETX xəbərdarlıq etdi
ETX ölkə üzrə kibertəhlükəsizlik barədə xəbərdarlıq edib.
“AZ24” xəbər verir ki, Elektron Təhlükəsizlik Xidməti (ETX) bəzi informasiya sistemlərini hədəf alan və istifadəçi giriş məlumatlarını oğurlayan “infostealer” tipli zərərli proqramın fəaliyyəti ilə bağlı araşdırma aparıb.
İlkin təhlillərə görə, ölkədə 859 kompüter bu zərərli proqram təminatına yoluxub və onlardan 54 924 istifadəçi adı və şifrə ələ keçirilib.
ETX hazırda məlumatları analiz edir, potensial qurbanları müəyyənləşdirir və zərərin aradan qaldırılması üçün metodoloji dəstək göstərir. Əldə olunan göstəricilər operativ şəkildə aidiyyəti qurumlara təqdim ediləcək.
Xidmət bütün təşkilatları və vətəndaşları kibertəhlükəsizlik tədbirlərini gücləndirməyə çağırır.
Şübhəli fəaliyyətlər aşkar edildikdə 1654 “Qaynar xətt” və ya [email protected] ünvanına məlumat verilməsi tövsiyə olunur.
Reklam
Oxşar xəbərlər
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bir çox yerlərdə məcburi köçürmələr olacaq – RƏSMİ
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR
Vətəndaş şəxsiyyət vəsiqəsini itirdikdə nə etməli? – Hüquqi məsləhət
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası