Gətirilən hər mobil telefon üçün 100 manat rüsum alınacaq
Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.
“AZ24” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” təklif edilən dəyişiklikdə əksini tapıb.
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, ölkəyə idxal edilən mobil cihazların hər bir ədədi üçün 20 manat aksiz vergisi tətbiq olunacaq. Fiziki şəxsin şəxsi istifadəsi üçün təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.
“Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə fiziki şəxslər tərəfindən bazar qiymətindən asılı olmayaraq təqvim ili ərzində ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsum alınacaq.
Hər il üçün mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Reklam
Oxşar xəbərlər
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO