Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır – Prezident
Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır. Təəssüflər olsun ki, qlobal informasiya məkanında dezinformasiya, saxta xəbərlər, hibrid təhdidlər, “deepfake”lər, süni intellektin imkanlarından sui-istifadə və digər manipulyasiya halları dayanmadan artmaqdadır.
“AZ24” xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı qeyd edib ki, bu amillər ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərməklə yanaşı, bütövlükdə beynəlxalq sabitliyə zərbə vurur və ölkələr arasında etimadı sarsıdır. Bu səbəbdən, D-8 Media Forumunun əsas vəzifələrindən biri – doğru, qərəzsiz, obyektiv və məsuliyyətli informasiya mühitinin qurulması üçün üzv ölkələrin media qurumları arasında etibarlı əməkdaşlığın formalaşdırılmasıdır.
Reklam
Oxşar xəbərlər
Alen Simonyan Bakıdan dəvət gözləyir
Yaxın zamanda Zəngəzur dəhlizinin tikintisinə başlanılacaq – Nazir
Nazirlikdə yeni təyinat – FOTO
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı
Prezident ərzaq təminatı ilə bağlı VACİB FƏRMAN imzaladı
Türkiyə və Belarus sülh danışıqlarında vasitəçi ola bilər – Lavrov
Ukrayna və ABŞ Trampın sülh planı ilə bağlı RAZILIĞA GƏLDİ
Azərbaycan bu ölkələrlə vizanı ləğv etdi – SİYAHI