Bəzi dövlət qurumları ləğv ediləcək – Plan hazırlandı
Azərbaycanda yaxın vaxtlarda dövlət idarəçiliyində genişmiqyaslı struktur islahatları və optimallaşdırma tədbirləri həyata keçiriləcək.
AZ24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, artıq bu istiqamətdə hazırlanmış təkliflər planı Nazirlər Kabinetinə təqdim olunub. Təkliflərin yaxın müddətdə hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir.
İslahatlar çərçivəsində bəzi dövlət qurumlarının ləğv edilməsi, nazirliklərdə funksional baxımdan bir-birini təkrarlayan idarə və şöbələrin, eləcə də bəzi agentliklərin birləşdirilməsi planlaşdırılır.
Dəyişikliklərin əsasən Fövqəladə Hallar Nazirliyi, Elm və Təhsil Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və bu agentliyin tabeliyində olan qurumları, həmçinin digər dövlət təşkilatlarını əhatə edəcəyi bildirilir.
Reklam
Oxşar xəbərlər
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO