Azərbaycanda 6 rəqəmli avtomobil nömrələri veriləcək? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda 6 rəqəmli avtomobil nömrələri veriləcək? – RƏSMİ AÇIQLAMA

Cəmiyyət 21.11.2025 16:10 149

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev sorğumuza cavab olaraq bildirib ki, 6 rəqəmli dövlət qeydiyyat nişanları ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Hazırda avtonəqliyyat vasitələrinə təhkim olunan dövlət qeydiyyat nişanlarının tərtibatında hər hansı dəyişiklik nəzərdə tutulmur. Gələcəkdə bu istiqamətdə hər hansı yenilik olacağı təqdirdə, bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılacaq”. (qafqazinfo)

***

Azərbaycanda dövlət nömrə nişanları yeni qaydada olacaq. Artıq köhnə nömrələrin dövrü bitir.

Az24.az xəbər verir ki, Ajans.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanda nəqliyyat vasitələri üçün yeni dövlət qeydiyyat nişanları hazırlanıb. Yeni standartlara əsasən, artıq region kodu 2 yox, 3 rəqəmli olacaq. Ümumilikdə isə nömrədə 6 rəqəm olacaq.

• ilk 3 rəqəm — region kodu,

• ardınca gələn 2 hərf — nəqliyyat vasitəsinin seriyası,

• son 3 rəqəm isə — nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.

Reklam