Küçədə yararsız vəziyyətdə qalan “AA” seriyalı avtomobil kimindir? – FOTOLAR
Dələduzluq ittihamı ilə həbs edilən Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun müsadirə edən əmlaklarından biri də “BMW 750LI” markalı avtomobildir.
Az24.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 10-AA-320 dövlət qeydiyyat nişanlı avtomobil hazırda yararsız vəziyyətdədir. Təkərləri də olmayan maşın Yasamal rayonu ərazisində yerləşir.
Avtomobilin gələn ay dövlət hərracında satılacağı bildirilir.
Fotoda Sahib İbrahimov

Qeyd edək ki, S.İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 9 ay müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə təqsirli bilinib. Hacı İbrahim Nehrəmlinin də qardaşı olan Sahib İbrahimov “STS”, “UNİX” və “Sahil-D Kompani” şirkətlərinin rəhbəridir.



Reklam
Oxşar xəbərlər
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO