Avtomobil nömrələrində bunlar ləğv edildi – YENİLİK
“Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq”.
Az24.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elvin Hacıyev bildirib.
Məlumata əsasən, bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur. Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur. Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir.
***
Azərbaycanda avtomobil nömrələri ilə bağlı yeni qanun qüvvəyə minib.
Yeni qaydalara əsasən, dövlət qeydiyyat nişanlarında tətbiq olunan “mikroçip” elektron elementi, eləcə də rəqəm və hərflər arasındakı “defis” işarəsi ləğv edilib.
Aparılan dəyişikliklərə əsasən sürücülər bu məsələyə görə inzibati məsuliyyətə cəlb edilməyəcək. Yeni tələblərə əsasən, nömrə nişanları daha sadə və vahid formada hazırlanacaq. (Ajans.az)
Reklam
Oxşar xəbərlər
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO