Qəzzaya beynəlxalq qoşunlar göndərilir – TARİX AÇIQLANDI

Qəzzaya beynəlxalq qoşunlar göndərilir – TARİX AÇIQLANDI

Dünya 20.11.2025 12:20 19

BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsinin qəbulundan sonra ABŞ Qəzza zolağına yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq sabitlik qüvvələrinin formalaşdırılması istiqamətində addımları sürətləndirib.

Az24.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, Vaşinqton bölgədə təhlükəsizliyin təmin olunması və humanitar vəziyyətin stabilləşdirilməsi üçün beynəlxalq missiyanın qısa müddətdə hazırlanmasına xüsusi önəm verir.

Mənbənin verdiyi məlumata görə, ilk beynəlxalq sabitlik qüvvəsinin Qəzzaya göndərilməsi 2026-cı ilin əvvəlində planlaşdırılır.

Həmçinin bildirilir ki, bir neçə ölkə artıq kontingentdə iştirak etməyə razılıq verib və öz hərbçilərini ayırmağa hazırdır. Lakin təhlükəsizlik səbəblərinə görə həmin dövlətlərin adları açıqlanmır.

Amerikalı rəsmilər bildiriblər ki, bu təşəbbüs Qəzzaya ilk dəfə olaraq bu miqyasda beynəlxalq qüvvələrin göndərilməsi kimi qiymətləndirilir. Hazırda missiyanın tərkibi, mandatı və fəaliyyət mexanizmləri ilə bağlı müzakirələr davam edir.

Reklam