“Rəqsanənin borcunun bir qismini Aysun ödəyib” – VİDEO
“Aysun çox gözəl övladdır. İşlədi və Rəqsanənin borcunun bir qismini ödədi”.
Az24.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev “Tarixin bir günü” canlı efirində deyib.
O, bildirib ki, Rəqsanənin bu gün azadlıqda olmasında Aysunun böyük payı var:
“Aysun mənim gözümün önündə böyüyüb. Bilirəm onlar nə əziyyətlər çəkiblər. Amma Aysun çox xeyirli övladdır. Bir gözü ağlasa da, bir gözü gülərək işlədi. Yüz min az məbləğ deyil. Aysun borcun bir qismini ödədiyi üçün anası bu gün azadlıqdadır. Gedib Rəqsanə ilə şəkil çəkdirib paylaşmaq bir iş deyil, bunu mən də edə bilərdim. Əsas yıxılana çətin günlərində dəstək olmaqdır”.
Qeyd edək ki, müğənni vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Bu ilin avqustunda məhkəmə 4 aylıq həbs qərarı çıxarmışdı. Rəqsanə İsmayılova dünən məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
Reklam
Oxşar xəbərlər
Aparıcı kişilərdən bahalı hədiyyələr istədi – Efirdə BİABIRÇILIQ
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu