Yumurta 2 dəfə bahalaşdı – YENİ QİYMƏT
Son günlər həm kənd, həm də broyler yumurtasının qiymətində artım müşahidə edilir.
Az24.az ATV-yə istinadla xəbər verir ki, rayon bazarlarında satıcılar bildirir ki, kənd yumurtasının qiyməti son bir həftədə qalxıb və hazırda 50 qəpikdir.
Broyler yumurtası isə 23–30 qəpik arasında dəyişir. Alıcılar bahalaşmadan narazıdır və satıcılar qiymət artımını məhsulun azalması ilə izah edirlər.
İqtisadçı Ruslan Atakişev bildirir ki, yumurtanın bahalaşmasına bir neçə səbəb təsir edir: quşların saxlanması üçün tələb olunan dərman preparatlarının, yem və dənin qiymətinin artması, həmçinin rayonlarda ev təsərrüfatlarının sayının azalması kimi amillər var. Onun sözlərinə görə, maya dəyəri yüksəlməkdə davam edərsə, yumurtanın qiyməti də bundan sonra artmağa davam edə bilər.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək