Fatimə qızının ad gününü belə TƏBRİK ETDİ – FOTO
Rəqqasə Fatimə Fətəliyeva qızı Aydanla bağlı paylaşım edib.
Az24.az xəbər verir ki, rəqqasə qızının ad gününü belə təbrik edib:
“Canım qızım, bu gün artıq 30 yaşın olur. İnanmaq olmur ki, gənc yaşımda məni ana edən, həyatımın mənasını dəyişən o balaca qız artıq özü iki övlad anasıdır. İllər necə də sürətlə keçdi… Dünənə kimi yadımda qalıb ilk addımların, sözlərin, gülüşün. Bu gün isə qarşımda güclü, mərd, zəkalı, gözəl bir qadın dayanır – həm övladlarına, həm ailəsinə, həm də ətrafına nur saçan bir insan.
Sən mənim fəxrimsən, qızım. Hər uğurunda qəlbim daha da böyüyür, hər xoşbəxtliyində mən də bir daha xoşbəxt oluram. Allah sənə uzun ömür, sağlamlıq, ruzi-bərəkət, ailənlə birlikdə gözəl günlər qismət etsin. 30 yaşın mübarək, canım qızım. Həyatının hər günü ilk günkü kimi sevinclə, ümidlə, sevgi ilə dolu olsun. Sən həmişə mənim kiçik qızım olaraq qalacaqsan”.
Qeyd edək ki, Aydan ailəlidir və iki övladı var. Fatimənin Hüseyn adlı bir oğul övladı da var.

Reklam
Oxşar xəbərlər
Aparıcı kişilərdən bahalı hədiyyələr istədi – Efirdə BİABIRÇILIQ
Tolik efirə zəng edib Sevinci RÜSVAY ETDİ: Desə lüt gəz, gəzəcəksən?
70 yaşlı Əməkdar artist oğlu ilə görüntüləndi – İLK DƏFƏ
Safurə Əliyeva Cabir İmanovun xanımı ilə FOTOLARINI paylaşdı
Röyanın oğlu 3 nüfuzlu ali məktəbə birdən qəbul olundu