Aytən Səfərova diksiya kurslarına başladı – Qiymətləri açıqladı
Teleaparıcı Aytən Səfərova danışıq və diksiya kurslarına yenidən start verib.
Az24.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında elan paylaşıb.
Dərslər onlayn formatda keçiriləcək və tədris həm qrup, həm də fərdi şəkildə təşkil olunacaq.
Məşğələlər həftədə 2 dəfə olmaqla, ayda 8 dərs keçiriləcək. Hər dərsin müddəti bir saatdır. Qrup şəklində tədris maksimum iki nəfərlə aparılır.
“Yeni Sabah” aparıcının diksiya kursu qiymətlərini öyrənib.
Fərdi dərslər üçün ödəniş 400 manat, qrup şəklində iştirak üçün isə 200 manat olaraq müəyyən edilib.
Aytən Səfərova, uzun illər televiziya efirində səlis və professional çıxışları ilə tanınan aparıcı kimi, bu dərslərlə nitq mədəniyyətini və natiqlik bacarığını inkişaf etdirmək istəyənlərə fürsət yaratdığını bildirib.
Reklam
Oxşar xəbərlər
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO