Ukraynaya təzyiq artır: ABŞ yeni sülh sənədinin qəbulu üçün siqnal göndərdi

Ukraynaya təzyiq artır: ABŞ yeni sülh sənədinin qəbulu üçün siqnal göndərdi

Dünya 20.11.2025 09:48 11

ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə müharibəni dayandırmaq üçün Vaşinqton tərəfindən hazırlanmış yeni çərçivə sənədini qəbul etməsi barədə siqnal göndərib.

Az24.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” bir neçə anonim yüksək vəzifəli rəsmiyə istinadən yayıb.

Mənbələr bildirir ki, ABŞ-ın hazırladığı layihə Ukraynadan bir sıra ciddi güzəştlər tələb edir:

Sənəddə Ukraynanın Kiyevin nəzarəti altında olan ərazi də daxil olmaqla Donbasın qalan hissəsini Rusiyaya verməsi, Ukrayna ordusunun sayının yarıya endirilməsi və bəzi hücum silahlarının istifadəsinin məhdudlaşdırılması və ya tam dayandırılması təklif olunur.

“Financial Times”ın əldə etdiyi əlavə detallara görə, rus dilinin Ukraynada rəsmi dövlət dili statusu alması və Rusiya Pravoslav Kilsəsinin yerli yeparxiyasına qanuni status verilməsi də sənədə daxil edilib.

Zelenski administrasiyası ABŞ-ın təklifinə rəsmi reaksiya verməyib. Ukrayna rəsmiləri bu qəbildən olan sənədlərin dövlət suverenliyi üçün çox həssas olduğunu bildirirlər.

Analitiklərə görə, ABŞ administrasiyası uzunmüddətli müharibənin qarşısını almaq, Rusiya ilə danışıqlar prosesini bərpa etmək və Ukraynaya yeni təhlükəsizlik zəmanətləri vermək istəyir. Lakin təqdim olunan şərtlərin Kiyev tərəfindən qəbul ediləcəyi sual altındadır.

Dəniz

Reklam