Mehriban Xanlarova tanınmış aparıcı ilə bağlı nazirə müraciət etdi
Əməkdar artist Mehriban Xanlarova daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.
Az24.az xəbər verir ki, o, müraciətin mətnini sosial media hesabında paylaşıb.
Müraciətdə deyilir:
“Hörmətli cənab nazir, ARB kanalında yayımlanan “Günə Uğurla” adlı verilişdə aparıcı Yalçın Uğur mənim icazəm və razılığım olmadan ailə həyatımı əhatə edən məlumatlar efirə çıxararaq müzakirə mövzusuna çevirib.
Qeyd olunan yayım ailə həyatına hörmət hüququmu kobud şəkildə pozub, həm mənim, həm də ailə üzvlərimin mənəvi rahatlığına ciddi mənada zərər vurub.
Bu materialın efirə buraxılması ARB kanalının rəhbərliyinin, xüsusilə də icraçı direktor Rəşad Məmmədovun birbaşa məsuliyyət dairəsinə daxildir. Mövcud qanunvericiliyə əsasən media qurumlarının şəxsi həyat barəsində məlumatları maraqlı tərəfin yazılı və yaxud açıq razılığı olmadan ictimailəşdirməsi qəti şəkildə qadağandır.
Hadisədən əvvəl mən şəxsən ARB kanalının rəhbərliyinə ailəmin reytinq mövzusuna çevrilməməsi ilə bağlı açıq xəbərdarlıq etmişdim. Buna baxmayaraq, xəbərdarlığım nəzərə alınmamış, əksinə, bilə-bilə, qərəzli şəkildə bu mövzu efirə daşınmışdır. Bu, təkcə peşə etikası qaydalarının deyil, həmçinin mənəvi dəyərlərin və insan ləyaqətinin kobud şəkildə tapdanmasıdır.
Buna görə də məsələ ilə bağlı: göstərilən hüquq pozuntusunun araşdırılmasını, ARB televiziyasının və veriliş aparıcısının məsuliyyətə cəlb olunmasını, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün hüquqi tədbirlərin görülməsini xahiş edirəm. Ailəmin və şəxsi həyatımın reytinq məqsədilə müzakirə predmetinə çevrilməsi qəbuledilməzdir və mən bu məsələnin hüquqi müstəvidə izləyicisi olacağam”.
Qeyd edək ki, bir müddət əvvəl Mehriban Xanlarova efir aparıcılarına onun şəxsi həyatı haqqında müzakirələr etməyi qadağan etmişdi.
Reklam
Oxşar xəbərlər
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO