Uzunmüddətli antibiotik qəbulu qan azlığı yaradır – XƏBƏRDARLIQ
Uzun müddətli antibiotik qəbulu qan azlığına səbəb ola bilər.
Az24.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, bəzi antibiotiklər qanın yaranma prosesini zəiflədə və ya tamamilə dayandıra bilər ki, bu da ağır hallarda ölümlə nəticələnə bilər:
“Eləcə də, müəyyən dərmanlar qırmızı qan hüceyrələrini parçalayaraq anemiya yarada bilər. Bundan əlavə, mikrofloranın pozulması nəticəsində orqanizmdə bəzi vacib maddələrin sintezi zəifləyir ki, bu da dolayısı ilə qan azlığına səbəb olur”.
T.Eyvazov nəzərə çatdırıb ki, məhz bu səbəbdən həkimlər antibiotik müalicəsi zamanı bu riskləri daim nəzarətdə saxlayır və lazım gəldikdə müxtəlif vasitələrlə bunu kompensasiya edirlər. (milli.az)
Reklam
Oxşar xəbərlər
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO