Azərbaycanda qorxunc “yol terroru” – STATİSTİKA
2025-ci ilin yanvar-sentyabr aylarında ölkə ərazisində ümumilikdə 905 yol-nəqliyyat hadisəsi baş verib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 12.2 faiz azalma deməkdir.
Az24.az xəbər verir ki, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı da 11.9 faiz azalaraq 1 264 nəfər təşkil edib. Zərərçəkənlərdən 507 nəfəri həlak olub, 757 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alaraq yaralanıb.
Hadisələrin başvermə vaxtına gəldikdə, 44.5 faizi gündüz, 42.6 faizi gecə saatlarında, 12.9 faizi isə toran vaxtı qeydə alınıb. Eyni zamanda, bütün hadisələrin 30.6 faizi həftəsonu – şənbə və bazar günlərinə təsadüf edib.
Qeydə alınmış yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti, yəni 85 faizi yaşayış məntəqələrinin daxilində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 7.3 faiz azalaraq 353 nəfər, yaralananların sayı isə 16.8 faiz azalaraq 708 nəfər olub.
Baş verən yol-nəqliyyat hadisələrinin 39.1 faizi nəqliyyat vasitələri ilə piyadaların iştirakı, 38.8 faizi bir neçə nəqliyyat vasitəsinin toqquşması, 22.1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Cins bölgüsünə görə, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 73.2 faizini, yaralananların isə 70 faizini kişilər təşkil edib.
Reklam
Oxşar xəbərlər
Bu hərbçilərin xidmət müddəti azaldıldı – QANUN
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO