Prezidentin qızları və gəlini sərgidə – FOTOLAR
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə noyabrın 18-də tanınmış özbək miniatür ustası Cahangir Aşurovla görüş və ustad dərsi keçirilib, daha sonra isə sənətkarın əsərlərindən ibarət sərgi açılıb.
Az24.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva, eləcə də sənət adamları tədbirdə iştirak ediblər.
Bakı Fotoqrafiya Evində keçirilən görüş zamanı Cahangir Aşurov iştirakçılarla yaradıcılıq təcrübəsini bölüşüb, iş texnikasını nümayiş etdirib və sualları cavablandırıb.
Tədbirdə rəssamlar, dizaynerlər, incəsənət araşdırmaçıları və sənətsevərlər iştirak edərək miniatür sənətinin incəliklərini yaxından tanımaq və onun sehrini hiss etmək imkanı əldə ediblər.
Daha sonra Bakı Fotoqrafiya Evindəki sərgi zalında Cahangir Aşurovun “Şərq miniatürü: Zamanla səyahət” sərgisinin açılış mərasimi təşkil olunub.
Sərgi miniatür sənətinin zəngin tarixini izləyicilərə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.









Reklam
Oxşar xəbərlər
Amerika filminin trilleri Nizami Gəncəvinin misraları ilə açılır
Nəriman Həsənzadədən ilə bağlı YENİ XƏBƏR
Nazir Xalq artistini belə təbrik etdi – FOTO
Leyla Əliyeva Məsud Pezeşkianın qızı ilə – FOTO
Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirdi – VİDEO
Vüqar Əhməd VİDEOAÇIQLAMA YAYDI
“Uşaq Avroviziyası”nın qalibi Fransa oldu – VİDEO
Azərbaycan ilk dəfə Ermənistana xal verdi