Bu şəxslər daha az vergi ödəyəcək
Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq.
Az24.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır”.
Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq və mərhələli keçidlə tətbiq olunacaq.
“Cənab Prezidentin təşəbbüsü ilə əmək bazarında leqallaşma prosesinin davam etməsi üçün yaradılmış münbit şəraitin qorunması məqsədilə daha aşağı gəlirlərə aşağı vergi yükünün müəyyən edilməsi və bunun mərhələləri şəkildə həyata keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Bu çərçivədə qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilmişdir” – nazir qeyd edib.
Reklam
Oxşar xəbərlər
Dollar bahalaşacaqmı? – İqtisadçıdan 2026-cı il üçün PROQNOZ
Zara İbrahimzadəyə yüksək VƏZİFƏ VERİLDİ – FOTO
Azərbaycandan Ermənistana 48 vaqon neft məhsulları göndərildi
Bu tikinti şirkəti ləğv olunur
Vergi Xidmətində onlara yüksək vəzifə verildi
Bakının bu ərazilərində torpaq sahələri bahalaşdı – SİYAHI
Sabah Azərbaycan Ermənistana neft göndərəcək