Qarşınızdakı şəxsin xaosa meyilli olduğunu göstərən 7 ƏLAMƏT
Sağlam və sakit münasibətlər etibar, dəstək və sevgi dolu bir mühitdə inkişaf edir. Lakin bəzi insanlar ətrafında daim dram və xaos olmasını istəyir, hətta qəsdən qarışıqlıq yaradırlar. Bu şəxslər davamlı olaraq böhran, mübahisə və qarışıqlıq yaradan vəziyyətləri özlərinə cəlb edir və enerjilərini bundan alırlar. “Mən elə birini tanıyıram” dediyinizi eşidir kimi oluruq. Doğrudur, demək olar ki, hər kəs həyatında belə bir insanla qarşılaşıb. Psixoloqlara görə, bu insanlar “xaosa asılıdırlar”. Onlarla qurulan münasibətlər adətən toksik olur və ciddi zərərlər verə bilər.
Bu yazıda birinin xaosa asılı olduğunu göstərən 7 əlaməti və bu vəziyyətlə necə başa çıxacağınızla bağlı bəzi vacib məsləhətləri təqdim edəcəyik.
1. Həmişə tələskən olurlar
Xaosa asılı insanlar daim “təcililik” hissi yaşamadan rahat ola bilmirlər. Sakit və təhlükəsiz bir mühitdə özlərini təhlükədə hiss edirlər. Bunun səbəbi çox vaxt xaotik bir ailə mühitində böyümələri ilə bağlıdır. Onlar hətta ortada təcili bir vəziyyət olmasa da, hər zaman bir iş üçün qaçış içindədirlər. Ən sadə vəzifələr belə onlara ağır görünür.
2. Hadisələri həddən artıq şişirdirlər
Bu şəxslər hadisələri danışarkən şişirtməyəə meyllidirlər. Məsələn, “pis” demək əvəzinə “inanılmaz dərəcədə pis” kimi ifadələr işlədirlər. Eyni zamanda diqqətinizi çəkmək üçün jest və mimikalarını da şişirdirlər.
3. Diqqət həmişə onlarda olmalıdır
Xaos yaradan insanlar nadir hallarda arxa planda qala bilirlər. Bəzən diqqət mərkəzində olmaq istəyini basdırsa da, bu uzun sürmür. Özlərini önəmli hiss etmək üçün hər zaman hər şeyin mərkəzində olmağa çalışırlar. Bu davranış əslində böyük bir özgüvən çatışmazlığından irəli gəlir.
4. Eyni hekayəni təkrar-təkrar danışırlar
Bu insanlar duyğularını və hadisələri təkrar-təkrar izah edərək qarşı tərəfi təsirləndirməyə çalışırlar. Çox vaxt orijinal hekayəyə yeni elementlər əlavə edərək hadisəni daha da abartırlar.
5. Başqalarının problemlərindən zövq alırlar
Xaosa asılı insanlar tez-tez başqalarının həyatlarına maraq göstərirlər. Lakin bunu onların həqiqətən qayğı göstərməsi üçün yox, öz xaos dolu həyatlarından aldıkları zövq üçün edirlər.
6. Daim başqalarını nəzarətdə saxlamaq istəyirlər
Bu insanlar ətrafdakıları davamlı olaraq idarə etmək istəyirlər. Əgər bunu edə bilməsələr, özlərini çarəsiz, gərgin və qurban kimi hiss edirlər.
7. Hər şeydən inciməyə meyllidirlər
Onlarla danışarkən ən kiçik səhv belə yaddaşlarında qalır və uzun müddət unutulmur. Bu səbəbdən, adi sözlər belə sonsuza qədər sizə qarşı istifadə oluna bilər.
Xaosa asılı insanlarla necə başa çıxmaq olar?
Tərəfsiz və sakit ifadələrdən istifadə edin
Onlarla danışarkən mümkün qədər tərəfsiz və sakit ton istifadə edin. Duyğularınızı işin içinə qatmayın. Əgər onların sizi qarışıqlıq yaratmaq üçün istifadə etdiyini hiss edirsinizsə, həqiqətləri açıq şəkildə söyləyin və lazım gəldikdə oradan uzaqlaşın.
Sərhədləri qoyun
Həyatınızdakı hər münasibətdə müəyyən sərhədlər olmalıdır. Xaosa asılı biri ilə münasibətiniz varsa, bu sərhədləri davamlı olaraq xatırlatmalı ola bilərsiniz.
Lazım gəldikdə uzaqlaşın
Əgər qarşı tərəf çox toksikdirsə və enerjinizi sərf edirsə, yəqin ki, münasibəti bitirmək lazım gələcək. Lakin bu şəxs ailənizdəndir və dərhal uzaqlaşa bilmirsinizsə, özünüzə bir sahə yaradın və orada yalnız qalmaq istədiyinizi açıq şəkildə bildirin.
Dəniz
Reklam
Oxşar xəbərlər
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Ən problemli BÜRCLƏR
Eyfel qülləsini 2 dəfə satdı – Dünyanı aldadan adamın HƏYAT HEKAYƏSİ
Bu qidaları soyuducuda saxlamaq olmaz – XƏBƏRDARLIQ
SSRİ-nin ilk milyonçusu olan azərbaycanlı niyə dəlixanaya düşdü və ac öldü? – FOTOLAR
Unitazda niyə 2 düymə var?