“Azərbaycan Tayvanın müstəqilliyini tanımır” – Ceyhun Bayramov
Azərbaycan birmənalı olaraq “Vahid Çin” prinsipini dəstəkləyir.
AZ24.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Global Times”a müsahibəsində bildirib.
“Azərbaycanın Tayvan məsələsi ilə bağlı mövqeyi aydın və davamlıdır, bu, möhkəm şəkildə beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Azərbaycan Tayvanın müstəqilliyini tanımır. Biz 2024-cü ilin yanvarında Tayvanda keçirilmiş “seçkiləri” pisləyən ilk ölkələrdən biri olmuşuq. Azərbaycan “Vahid Çin” prinsipini birmənalı olaraq dəstəkləyir”, – Ceyhun Bayramov qeyd edib.
Nazir vurğulayıb ki, regional vəziyyəti sabitlikdən çıxaran istənilən hərəkət qeyri-məhsuldardır, sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükə yaradır.
Ceyhun Bayramov təxribatlar, birtərəfli addımlar və ya xarici müdaxilə yolu ilə status-kvonun dəyişdirilməsinə cəhdlərin qarşıdurma riskini artırdığına və beynəlxalq münasibətlərdə etimadı sarsıtdığına diqqət çəkib.
“Bu kontekstdə Azərbaycanın Tayvan məsələsində Çini dəstəkləməsi beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə sadiqliyinin, eləcə də Azərbaycanla Çin arasında mövcud olan hərtərəfli strateji tərəfdaşlığın əsasını təşkil edən qarşılıqlı etimadın təzahürüdür”, – Azərbaycan XİN rəhbəri əlavə edib.
Reklam
Oxşar xəbərlər
Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
Baş Nazirdən yeni QƏRAR
“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Bakı oyuna girir: İran gərginliyində KRİTİK ZƏNG
İrana hücum hazırlığı bitdi: Bir azdan “sükut” pozulacaq
Prezident bu icra başçısını işdən çıxardı – FOTO
Kamran Əliyev ona yüksək vəzifə verdi – FOTO