Böyük Qayıdış xərcləri ilin sonuna 22 milyarda çatacaq – Nazir
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin 8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait ayrılacaqdır”.
Az24.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait xərclənmişdir. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə təminatının yaradılmasını nəzərdə tutur.
S.Babayev qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsinin xərc prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı durur. Bu, Cənab Prezident tərəfindən qarşımıza qoyulmuş ali vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik.
Reklam
Oxşar xəbərlər
Benzin və dizel bahalaşacaq? – AÇIQLAMA
DSMF-nin 2026-cı il büdcəsi birinci oxunuşda təsdiqləndi
Bu şəxslər daha az vergi ödəyəcək
2026-cı ildə dövlət büdcəsinin gəlir və xərcləri nə qədər olacaq?
“Lukoil” Azərbaycanı tərk edir – Bu tarixdə
Azərbaycanlı milyarderin külli miqdarda vergi borcu var
Gəlir vergisini sahibkar, yoxsa işçi verəcək? – AÇIQLAMA
200 min manatlıq vergi limiti iki dəfə artırılır