az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
Qeyrətinizə haram olsun – Taleh Yahyayev bu dəfə onları HƏDƏF ALDI

Qeyrətinizə haram olsun – Taleh Yahyayev bu dəfə onları HƏDƏF ALDI

Şou 04.02.2026 17:10 134

Opera ifaçısı Taleh Yahyayev bəzi restoran sahiblərini, administratorları və televiziya kanallarını sərt tənqid edib.

Az24.az xəbər verir ki, o bildirib ki, səviyyəsiz ifaçıların “tələbat” adı ilə ailəvi məkanlara və efirlərə çıxarılması cəmiyyət üçün zərərlidir.

“Elə müğənniləri dəvət edən restoran sahiblərinə, adminstratorlara deyirəm ki, haramınız olsun qazandığınız pullar. Vicdanınıza, qeyrətinizə haram olsun, elə müğənniləri təlabat deyə camaatın önünə çıxarırsınız, ayıbdır”.

Yahyayevin sözlərinə görə, oxumağı bacarmayan, qeyri-etik hərəkətlər edən və sosial şəbəkələrdə uyğun olmayan davranışlar sərgiləyən şəxslərin tamaşaçı qarşısına çıxarılması yolverilməzdir.

O, xüsusilə ailə dəyərlərinin nəzərə alınmasını vurğulayaraq, bu cür ifaçıların təqdim edilməsini vicdansızlıq adlandırıb və məsul qurumları daha diqqətli olmağa çağırıb.

Dəniz

Reklam