Azərbaycanlı Rusiyada öz xahişi ilə həbs olundu
Rusiyanın Kareliya Respublikasında dəfələrlə sərxoş halda maşın sürən azərbaycanlı həbs olunub.
Az24.az lent.az-a istinadla xəbər verir ki, Petrozavodsk şəhərtində yaşayan, 39 yaşlı Azərbaycan əsilli Aflan ilk dəfə 2019-cu ildə məhkəməsi qarşısına çıxıb. Həmin vaxt sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün ona 200 saat məcburi iş və təxminən üç il müddətinə sürücülük hüququndan məhrumetmə cəzası verilib.
2024-cü ildə o, hədə-qorxu yolu ilə pul tələb etmə və qəsdən yandırma maddələri üzrə cinayət məsuliyyətinə cəlb olunub. Cəza olaraq ona dörd il şərti azadlıqdan məhrumetmə və sınaq müddəti təyin edilib. Bir neçə ay sonra o, yenidən sərxoş vəziyyətdə sükan arxasında yaxalanıb. Bu dəfə ona 1 il yarım məcburi iş və sürücülük hüququnun alınması cəzası verilib.
Aflan təxminən 1 il müddətinə islah mərkəzində bu cəzanı çəkib. Lakin yaxınlarda ailəsi ilə görüşdən sonra mərkəzə sərxoş vəziyyətdə qayıdıb. Bu qayda pozuntusuna görə mərkəzin rəhbərliyi məhkəməyə müraciət edərək qalan 4 ay məcburi işin real həbs cəzası ilə əvəz olunmasını tələb edib.
Vəkilin onu müdafiə etməyə çalışmasına baxmayaraq, Aflanın özü də həbsxanaya getmək istədiyini deyib. Noyabrın 11-də məhkəmə məhkumun xahişini qəbul edib. Kişi dərhal həbsə alınıb və cəzaçəkmə müəssisəsinə göndərilib.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı