Saç tökülməsinin səbəbləri – Gündəlik etdiyimiz yanlışlar
Saç düzləşdiricisindən istifadə edənlər, tez-tez fen çəkdirənlər diqqətli olsun — saçlarınız təhlükə altında ola bilər. Yanlış qidalanma da saç tökülməsinin səbəblərindən biridir. Son illər saç tökülməsi həm qadınlar, həm də kişilər arasında getdikcə artan ciddi problemlərdən birinə çevrilib.
Dermatologiya üzrə mütəxəssis Dr. Orxan Bayramov bildirib ki, saç tökülməsi təkcə genetik amillərlə bağlı deyil, eyni zamanda həyat tərzi və ətraf mühit faktorları ilə də sıx əlaqəlidir.
Dr. Orxan Bayramovun sözlərinə görə, balanssız və qeyri-kafi qidalanma nəticəsində dəmir, B12 vitamini, fol turşusu, biotin, sink, selen kimi vitamin və mineralların çatışmazlığı saç sağlamlığına birbaşa mənfi təsir göstərir. O qeyd edib ki, saçın əsas quruluş maddəsi olan keratin kifayət qədər qida maddələri olmadan sintez edilə bilmir.
Mütəxəssis xəbərdarlıq edib ki, uzunmüddətli aclıq pəhrizləri və ya tək tipli qidalanma vərdişləri saç tökülməsinə səbəb ola və bu prosesi daha da sürətləndirə bilər. Həmçinin həddindən artıq istilik tətbiqləri (fen, saç düzləşdiricisi və s.), saçların tez-tez boyanması, kimyəvi prosedurlar və saçın sıx şəkildə yığılması davamlı şəkildə edildikdə saç köklərini zəiflədir və zamanla saç itkisinə yol açır.
Dəniz
Reklam
Oxşar xəbərlər
İmmuniteti gücləndirən 10 QIZIL QAYDA
Gül suyunun faydaları
Gündə 5 dəqiqə gəzmək ömrü UZADIR
Mandarinin ən faydalı hissəsini atırmışıq…
Kifayət qədər su içməmək nələrə səbəb olur?
Çay və qəhvə ağciyərlərin fəaliyyətini yaxşılaşdırır
Günəş işığı kişilərdə depressiya riskini AZALDIR
Nar bu xəstəlik riskini AZALDA BİLƏR